Ucqar kənd yerlərində ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək

Ucqar kənd yerlərində ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək
# 25 noyabr 2020 20:25 (UTC +04:00)

Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR