Polşa xarici işlər naziri Prezident Dudanı bəyanatına görə tənqid edib

Polşa xarici işlər naziri Prezident Dudanı bəyanatına görə tənqid edib
# 27 aprel 2024 02:47 (UTC +04:00)

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə prezidenti Andjey Dudanı nüvə silahı ilə bağlı açıqlamasına görə tənqid edib.

APA xəbər verir ki, bu barədə "Polsat" telekanalı bildirib.

Nazirin sözlərinə görə, Polşa liderinin ölkə ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalını müzakirə etmək səlahiyyəti yoxdur.

Sikorski qeyd edib ki, Dudaya bu barədə xəbərdarlıq edilib.

Xarici işlər naziri əlavə edib ki, Prezident Nazirlər Şurası tərəfindən formalaşdırılan xarici siyasəti təmsil edir.

O qeyd edib ki, Polşa hökuməti Dudaya nüvə silahı mövzusunda çıxış etmək üçün “təşviq və ya səlahiyyət” verməyib.

Sikorskinin sözlərinə görə, bu mürəkkəb məsələlər NATO-nun nüvə planlaşdırma qrupunda “son dərəcə məxfilik şəraitində” müzakirə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR