“Qalatasaray”ın kapitanı 5 aydan sonra məşqə başlayıb

“Qalatasaray”ın kapitanı 5 aydan sonra məşqə başlayıb
# 30 noyabr 2020 16:04 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun kapitanı Fernando Muslera zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, uruqvaylı qolkiper uzun fasilədən sonra ilk məşqinə çıxıb.

“Cim-bom” Super Liqanın XI turunda “Hatayspor”la keçiriləcək matça hazırlaşırsa, Muslera qapıçı məşqçisinin nəzarəti altında meydana çıxıb. 34 yaşlı Muslera onun üçün hazırlanan xüsusi proqram üzrə meydana uyğunlaşma çalışmalarına başlayıb.

Qeyd edək ki, ötən mövsümün XXVII turunda “Rizəspor”la iyunda keçirilən matçda Fernando Musleranın sağ ayağı qırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR