Gürcüstan parlamentində xarici agentlərlə bağlı qanun layihəsi aprelin 29-da müzakirə olunacaq

Gürcüstan parlamentində xarici agentlərlə bağlı qanun layihəsi aprelin 29-da müzakirə olunacaq
# 26 aprel 2024 16:46 (UTC +04:00)

Gürcüstan parlamenti etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ikinci oxunuşu aprelin 29-da keçirəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlamentin Hüquqi Məsələlər Komitəsi aprelin 29-da qanun layihəsinin maddələrini ayrı-ayrılıqda nəzərdən keçirəcək. İclasın səhər saat 09:00-da başlayacağı qeyd olunub.


Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşu aprelin 17-də keçirilib. Müxalifətin boykot etdiyi səsvermədə 83 deputat layihənin lehinə səs verib.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası aprelin 29-da “qanun layihəsinə olan ictimai dəstəyi” göstərmək məqsədilə genişmiqyaslı mitinq təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR