Bakının Sabunçu rayonunda motosiklet avtomobilə çırpılıb.
APA xəbər verir ki, hadisə Zabrat şossesində baş verib.
Belə ki, İmamverdi Məmmədov idarə etdiyi “Toyoto” markalı nəqliyyat vasitəsilə işıqforun yaşıl işığında sol dönmə əməliyyatı yerinə yetirərkən yüksək sürətlə gələn motosiklet ona çırpılıb.
Qəza nəticəsində motosikletdə olan iki nəfər xəsarət alıb. Yaralılar açıq kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.