Bakı metrosunda ağac şpallar dəmir-beton bloklarla əvəzlənir - FOTO

Bakı metrosunda ağac şpallar dəmir-beton bloklarla əvəzlənir - FOTO
# 14 aprel 2021 12:27 (UTC +04:00)

Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyasında aparılan yenidənqurma uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda stansiya yollarının təmas xətti sökülərək relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.

İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üst-quruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.

Qeyd edək ki, ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, dəmir-beton blokların isə 50-80 il təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR