Səfir: Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan xətt üzrə davam edir

Səfir: Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan xətt üzrə davam edir
# 26 aprel 2024 14:11 (UTC +04:00)

"Əməkdaşlığımız artan xətt üzrə inkişaf edir. Prinsip etibarilə Qırğızıstan Prezidentinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyinə, hətta gözləniləndən daha artıq olmasına dair fikirlər mövcuddur”.

APA-nın xəbərinə görə, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Bakıda keçirilən "Qırğızıstan-Azərbaycan İkitərəfli Münasibətləri müasir mərhələdə: Strateji Tərəfdaşlığın Genişləndirilməsi" mövzusunda dəyirmi masada bildirib.

Səfir səfər zamanı çox mühüm sənədlərin imzalandığını vurğulayıb:

“Onlardan ən önəmlisi Strateji Tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyanatdır. Səfər çərçivəsində ümumilikdə 18 sənədə imza atılıb. Bu isə səfərin ən əhəmiyyətli və dolğun məqamıdır. Səfər həm də mədəni-humanitar sahələrdə bir sıra tədbirlərlə, eləcə də Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsi, eləcə də Dövlətlərarası Şurasının iclası ilə yadda qaldı. Eyni zamanda, nəqliyyat və energetika və kənd təsərrüfatı da daxil olmaqla, iqtisadi əməkdaşlığın müxtəlif sahələrində reallaşdırılması kimi vacib layihələr var. Danışıqlarda bu məsələlər üzrə əldə olunan razılaşmaların icrası təmin olunacaq. Hesab edirik ki, səfər son dərəcə uğurlu və məhsuldar keçdi. Ağdamda tikiləcək orta məktəb binasının təməlqoyma mərasimi səfərin ən əhəmiyyətli hissəsi idi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR