Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.
"Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, qəza səbəbindən 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
"Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır", - məlumatda qeyd edilir.