BVF indiyədək pandemiya ilə mübarizəyə 100 mlrd. dollar ayırıb

BVF indiyədək pandemiya ilə mübarizəyə 100 mlrd. dollar ayırıb
# 30 sentyabr 2020 10:55 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) 81 ölkəyə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün indiyədək ümumi məbləği təxminən 100 mlrd. ABŞ dolları təşkil edən kreditlər ayırıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BVF-in baş direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, hazırda dünya İkinci Dünya müharibəsindən bəri ən pis şoku yaşayır, lakin vəziyyət may ayı ilə müqayisədə daha qənaətbəxş sayılır.

K. Georgiyeva qeyd edib ki, Çin və inkişaf etmiş iqtisadiyyatların göstəriciləri ilin II rübündə proqnozlardan daha yaxşıdır və qlobal iqtisadiyyatda və dünya ticarətində canlanma əlamətləri görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR