Rusiyada koronavirusdan ölənlərin sayı 99 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 99 mini ötüb
# 01 aprel 2021 12:22 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9169 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 554 264 nəfərə çatıb.

Son sutka ərzində 383 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 99 233 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR