Polkovnik Şair Ramaldanov ordudan tərxis edilib - EKSKLÜZİV

Polkovnik Şair Ramaldanov ordudan tərxis edilib - <font color=red>EKSKLÜZİV</font>
# 03 may 2012 14:39 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının təlim-tədris hissəsinin rəisi və akademiyanın rəis müavini, polkovnik Şair Ramaldanov tutduğu vəzifədən azad edilib.

Ş. Ramaldanov APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, ordudan tərxis olunması yaş həddi ilə əlaqədardır. Lakin bununla belə o, bundan sonra da Azərbaycan Silahlı Qüvvələrində xidmət edəcəyini istisna etməyib.

Qeyd edək ki, 55 yaşlı Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında iştirak edən zabitlərdən biridir. 1994-cü ilin yanvar ayında onun rəhbərlik etdiyi briqada Füzuli rayonunun bir sıra yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələrindən azad edilməsində mühüm rol oynayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR