Xəzərdə vertolyotun qəzaya uğraması nəticəsində ölən 6 nəfərdən 4-nün cəsədinin axtarışı davam edir
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən də APA-ya şirkətin bütün texnikasını axtarışlara cəlb edildiyi, hələlik heç bir nəticə olmadığı bildirib.
Hadisə ilə bağlı “AZAL” Dövlət Konserni, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Neft Şirkəti (ARDNŞ), Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun birgə məlumatı yayılıb. Məlumatda bildirilib ki, 12 oktyabrı saat 21:30 radələrində “AZAL”ın “Azalheliokopters” müəssisəsinin balansında olan, ekipaj üzvləri təlimatçı-kapitan Viktor Qlinenko, kapitan Vladimir Nekrasov, 2-ci pilot Əhməd Əliyev, bort-mexanik Cahid İbrahimovun idarə etdiyi Mİ-8T tipli, 4K-25152 qeydiyyat nömrəli vertolyot ARDNŞ-nin “Xəzər-4” Üzən Qazma Qaldırıcı Qurğusunda çalışan, “Bayıl limanı” Kəşfiyyat Dəniz Qazma İdarəsinin əməkdaşı Əsədov Qəhrəman Soltan oğlunun səhhətində yaranmış problemlə əlaqədar təcili surətdə qurğuya çağırılıb, orada xəstəni və onu müşayiət edən iş yoldaşı Şaşkayev Zahid Cavad oğlunu bortuna götürərək, havaya qalxdıqdan az sonra, qəzaya uğrayaraq qurğudan 200 metr aralıda dənizə düşüb. Hadisə ilə bağlı dərhal FHN, ARDNŞ, DSX, “Azal”ın rəhbərlərindən ibarət operativ qərargah yaradılıb, qərargah bütün gecəni hadisə yerində işləyib, hadisə rayonu səhərə qədər xilasedicilərin nəzarəti altında olub. Həyata keçirilən tədbirlər nəticəsində vertolyotun düşdüyü yer müəyyən edilərək, dənizin 12 metr dərinliyindən V. Nekrasov və Ə. Əliyevin meyitləri və qəzaya uğrayan vertolyotun əsas bütöv hissəsi oktyabrın 13-də sudan çıxarılaraq, “Azalheliokopters” müəssisəsinin Zabrat qəsəbəsində yerləşən anqarına yerləşdirilib. Hazırda həlak olan digər 4 nəfərin cəsədlərinin tapılması məqsədilə “Azal”, FHN, ARDNŞ, DSX və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən vertolyotlar və digər xilasedici qurğular cəlb edilməklə fasiləsiz olaraq xilasetmə tədbirləri və axtarışlar həyata keçirilir. Azərbaycan Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları dənizin sahil zolağı boyunu daimi müşahidə altında saxlamaqla, müvafiq tədbirləri yerinə yetirirlər. Həyata keçirilən xilasetmə işləri və istintaq tədbirlərinin gedişi barədə mütəmadi olaraq dövlət başçısına məlumatlar verilir. Fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 262.3-cü (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişində hadisə yerinə və sudan çıxarılan vertolyota müvafiq qurumların ekspert, mütəxəssisləri dəvət edilməklə baxış keçirilib, vertolyotdan nitqi özüyazan və texniki məlumatı yığan qurğular aşkar edilərək götürülüb və həmin qurğular AZAL-ın xidməti təhqiqat üçün aviasiya hadisələrinin araşdırılması üzrə komissiyasına təqdim edilib. V. Nekrasov və Ə. Əliyevin meyitlərinin tanınması, məhkəmə-tibb ekspertizası təyin edilməklə məhkəmə-tibbi müayinəsi aparılıb, “Xəzər-4” Üzən Qazma Qaldırıcı Qurğusunda işləyən, hadisəni görən, eləcə də ekipaj üzvləri ilə əlaqə saxlayan dispetçerlər şahid qismində dindirilib, müvafiq sənədlər götürülüb. Cinayət İşinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır, hadisənin baş vermə səbəbləri araşdırılır. /APA/
Hadisə
Balakəndə avtobus gözləyən qadını avtomobil vuraraq öldürüb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub - YENİLƏNİB
Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Xəbər Lenti
Şimali Koreyanın iki ballistik raket buraxdığı ehtimal edilir
FT: ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib
Kanada ABŞ-a dizel yanacağı ixracını artırmağı planlaşdırır
KİV: Səudiyyə Ərəbistanı husilərlə qarşıdurmada Qərbin dəstəyindən narazıdır
Slovakiya Rusiya qazının idxalını davam etdirmək üçün Aİ-dən keçid dövrü istəyəcək
Uitkoff və Kuşner Ukrayna və Avropanın mövqeyini öyrənmək üçün Moskvaya səfərlərini təxirə salıblar
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regionda gərginliyi müzakirə ediblər
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Moskvaya uçan 25-dən çox təyyarə başqa şəhərlərə yönləndirilib
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Balakəndə avtobus gözləyən qadını avtomobil vuraraq öldürüb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub - YENİLƏNİB
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
İran Hörmüz boğazından naviqasiya sistemlərini söndürərək keçən gəmiləri düşmən hesab edəcək
Ər-Riyad hava limanına hücum zamanı Hindistan vətəndaşı ölüb - YENİLƏNİB
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Zelenski: Tramp Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq göstərir
"Mançester Siti" "Liverpul"u məğlub edib
Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə və hava limanlarına zərbələr endirdiklərini açıqlayıblar
Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub- TƏFƏRRÜAT -FOTO - VİDEO - YENİLƏNİB-1
Cibuti sahillərində miqrantları daşıyan qayıq batıb, 139 nəfər ölüb
Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsi üçün şərt irəli sürüb
Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTOLENT - YENİLƏNİB
Esmira Fuad: Azərbaycan dünyəvi dövlətdir və öz prinsipləri var
Papa XIV Leo ağciyərindən əməliyyat olunacaq
Dosent: Xurafata meyillənməyə qətiyyən imkan vermək olmaz
Husilərdən Səudiyyə Ərəbistanına uçuşlarla bağlı yeni xəbərdarlıq edilib
FHN Qəbələ–Xankəndi ultramarafonunda təhlükəsizlik tədbirləri görüb - FOTOLENT
Cəsarət Hüseynzadə: Məktəblərdə vahid geyim forması sosial bərabərliyə xidmət edir - VİDEO
Rusiyada “Yandex”in məlumat mərkəzi dron hücumundan sonra bağlanıb
Hikmət Babaoğlu: İdeoloji təhdidlərə qarşı mübarizə üçün vahid konsepsiya və strateji doktrina hazırlanmalıdır - ŞƏRH
Vahid məktəbli forması: Dünyəvilik, nizam-intizam, sosial bərabərlik - TƏHLİL
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur
“Şərq qapısı” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat edib
Pakistanda İmran Xanın partiyasının idarə etdiyi əyalətdə fövqəladə vəziyyət elan olunub
Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb
Zelenski Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduğunu açıqlayıb
Goranboyda uşaq həkimi dərmandan zəhərlənib
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub