Bakının ictimai iaşə dövriyyəsi 70%-dək azalıb

Bakının ictimai iaşə dövriyyəsi 70%-dək azalıb
# 28 aprel 2021 13:53 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 69,2% azalaraq 45 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% azalaraq 37,2 mln. manat olub.

Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR