Azərbaycan nefti ötən həftə bir qədər bahalaşıb

Azərbaycan nefti ötən həftə bir qədər bahalaşıb
# 05 aprel 2021 10:28 (UTC +04:00)

Bu həftə ərzində (29 mart – 2 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 63,64 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,65 dollar və ya 1,03% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (III gün) – 64,25 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 62,53 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR