Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını iki dəfə azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını iki dəfə azaldıb
# 15 sentyabr 2020 12:49 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 371,3 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici illik müqayisədə 389,238 mln. kVt-saat və ya 2 dəfə azdır. Belə ki, ötən ilin ilk 8 ayı ərzində Gürcüstan Azərbaycandan 760,538 mln. kVt-saat elektrik enerjisi idxal edib. Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 59,7%-i Azərbaycanın payına düşüb. Gürcüstanın elektrik enerjisi idxalının 40,3%-i isə Rusiyanın payına düşüb – 249,7 mln. kVt-saat.

Yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 15,3 mln. kVt-saat, Türkiyəyə 69,5 mln. kVt-saat, Ermənistana isə 66.4 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR