İran dünyanın ən iri polad istehsalçılarının ilk onluğuna daxil olub

İran dünyanın ən iri polad istehsalçılarının ilk onluğuna daxil olub
# 24 aprel 2021 19:05 (UTC +04:00)

İran 2021-ci ilin ilk üç ayında 7,5 mln. ton polad istehsal edərək dünyanın ən iri polad istehsalçıları reytinqinin ilk onluğuna daxil olub.

"APA-Economics"in məlumatına görə, bu barədə İranın Mədənçıxarma Sənayesinin İnkişafı və Təmiri Şirkətinin (IMIDRO) açıqlamasında deyilir.

Ümumdünya Polad Assosiasiyasının statistikasına görə, dünyanın 64 ölkəsində polad istehsalı 486,9 mln. tona çatıb ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 10% çoxdur. 2021-ci ilin mart ayında polad istehsalı illik müqayisədə 15,2% artaraq 169,2 mln. ton təşkil edib.

Reytinqin ilk beşliyində Çin (271 mln. ton), Hindistan (29,6 mln. ton), Yaponiya (23,7 mln. ton), ABŞ (20,4 mln. ton) və Rusiya (18,9 mln. ton) yer alıb.

İranda yanvar-martda polad istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,7% artaraq 7,5 mln. tona çatıb. Təkcə mart ayında isə İranda polad istehsalı illik ifadədə 10,7% artıb və 2,6 mln. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR