Qarabağda radio kanalının açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Qarabağda radio kanalının açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub
# 07 aprel 2021 13:14 (UTC +04:00)

Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

MTRŞ-dan APA-ya bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

"Real Təhlil İnformasiya Mərkəzi" MMC;

"Caspian İnternational Broadcasting Company" MMC;

"Balans Studiyası" MMC;

"İNS ÇM" MMC;

"İsti Press" MMC;

"Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;

"ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR