MTN Akademiyasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konfrans keçirilib - FOTO

MTN Akademiyasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konfrans keçirilib - <span style="color: red;">FOTO
# 25 aprel 2013 11:44 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək Heydər Əliyevi böyük siyasətə aparan yolun təhlükəsizlik orqanlarından başlandığını deyib. Z. Yusifzadə bildirib ki, Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərliyi zamanı bu strukturda əvvəlki dövrlərdən köklü surətdə fərqlənən ab-hava yaranıb, əməliyyat fəaliyyətinə və onun səmərəli təşkilinə yaradıcı baxış formalaşıb, Azərbaycanın milli maraqları ön plana çəkilib.

Tədbirdə çıxış edən professor, polkovnik C.Qasımov, polkovnik-leytenant A.İsmayılov, baş leytenant B.Abdullayev, kursantlar E.İsgəndərov və M.Tağıyev ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Vətənin müstəqilliyini göz bəbəyitək qoruyacaqlarını, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bildiriblər.

Tədbirin sonunda Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR