Lənkəranda torpaq sürüşməsi nəticəsində 20-yə yaxın ev qəzalı vəziyyətə düşüb

Lənkəranda torpaq sürüşməsi nəticəsində 20-yə yaxın ev qəzalı vəziyyətə düşüb
# 06 yanvar 2016 15:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Ötən ilin oktyabr ayında cənub bölgəsinə yağan intensiv yağışlar bir neçə yaşayış məntəqəsində sürüşmə ərazilərinin aktivləşməsinə səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, torpaq sürüşməsi nəticəsində Lənkəran rayonunun Dağlıq Bəliton kəndində 20-yə yaxın fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Əksər evlərin divarlarında dərin çatlar əmələ gəlib.

Kənd sakini Əfqan Heydərova məxsus fərdi ev yaşayış üçün xüsusilə təhlükəli sayıldığından onun ailəsi müvəqqəti olaraq çadıra köçürülüb.

Qeyd edək ki, mövcud vəziyyət barədə müvafiq qurumlara müraciət olunub. Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri kənddə qəzalı evlərə baxış keçirərək, müvafiq akt tərtib ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR