Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində olub

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində olub
# 09 iyun 2016 14:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” (10 Kolumbiya şeiri) antologiyasının təqdimat mərasimi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb.

Marta Galindo Azərbaycan kitabxanalarında Markes yaradıcılığına olan maraqdan məmnunluğunu ifadə edib və böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb.

Qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR