"Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb

"Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb
# 13 avqust 2016 16:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. "Beynəlxalq Ordu Oyunları -2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini 1-ci dərəcəli kapitan Sübhan Bəkirov, Rusiya Federasiyası Xəzər Donanmasının komandanı kontr-admiral Sergey Pinçuk və Dağıstan Muxtar Respublikasının rəsmi nümayəndələri iştirak ediblər.



G-124 gözətçi gəmisinin zabiti baş leytenant İsrail Məmmədov nümayiş etdirdiyi bacarıq və peşəkarlığa görə fərdi mükafata layiq görülüb.

"Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız ikinci yerə layiq görülərək xüsusi medalla təltif edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR