Azərbaycan cüdoçusu “Rio-2016” Paralimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan cüdoçusu  “Rio-2016” Paralimpiya Oyunlarında finala yüksəlib
# 08 sentyabr 2016 18:26 (UTC +04:00)

Bakı-APA. Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) “Rio-2016” Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

APA-nın xəbərinə görə, Bayram Mustafayev ¼ finalda braziliyalı Halison Oliviera Botoya qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda cüdoçumuz yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR