“AYBkitab” layihəsinin 2 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib

“AYBkitab” layihəsinin 2 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib
# 05 oktyabr 2016 14:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində “AYBkitab” layihəsinin fəaliyyətə başlamasının iki illiyi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, birliyin mətbuat katibi, layihənin rəhbəri Xəyal Rza bildirib ki, iki il müddətində layihə çərçivəsində 40-dan artıq kitab çap olunub: “Əsas məqsəd müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Yeni kitabların çapı və istedadlı gənclərə dəstək bundan sonra da davam edəcək”.

Tədbirdə “Araz” marketlər şəbəkəsi ilə “AYBkitab” arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, layihə çərçivəsində çap ediən kitabların şəbəkəyə daxil olan 40 marketdə xüsusi stendlər vasitəsilə satışı təşkil olunacaq.

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid kitab layihəsinin əhəmiyyətindən danışıb, qeyd edib ki, imzalanan müqavilə kitab satışına, ədəbiyyatın təbliğinə müsbət təsir edəcək. Yazıçı Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçı Varis və başqaları kitab layihəsindən, imzalanan müqavilənin kitab satışına müsbət təsir göstərəcəyindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR