Azərbaycan “World Travel Market” turizm sərgisində təmsil olunur

Azərbaycan “World Travel Market” turizm sərgisində təmsil olunur
# 07 noyabr 2016 15:29 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi Londonda keçirilən “World Travel Market” beynəlxalq turizm sərgisində təmsil olunur.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanı nazirliyin Turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərov, “Şahdağ” Turizm Mərkəzi, “Gilan Hospitality”, “Qafqaz Hotel”, “Four Seasons Hotel Baku” mehmanxanaları, “Silkway travel”, “Turizm.az”, “AL-travel”, “Falcon travel”, “Geo-travel”, “Baku Holiday travel”, STİ travel”, “CBT Azerbaijan”, “ENC tours”, “Via Caucasus” turizm şirkətləri və Azərbaycan Hava Yollarının nümayəndələri təmsil edir.

Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 63 m² sahəsi olan stend qurulub. Milli stenddə Azərbaycan mədəniyyəti, tarixi, eləcə də ölkənin görməli yerləri haqqında ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur, ziyarətçilərlə işgüzar görüşlər keçirilir və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müzakirələri aparılır.

2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on dördüncü dəfədir ki, “WTM” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgiyə 186 ölkədən 9000 şirkət, 50 000-dən çox turizm sənayesində çalışan mütəxəssis qatılıb. Sərgi noyabrın 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR