Şimali Qafqazın müftiləri Heydər Məscidində cümə namazı qılıblar

Şimali Qafqazın müftiləri Heydər Məscidində cümə namazı qılıblar
# 02 dekabr 2016 15:17 (UTC +04:00)

Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclasında və “Qafqazda tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda keçirilən konfransda iştirak etmək üçün Azərbaycana gələn Rusiya Federasiyası Şimali Qafqaz respublikalarından olan müftilər və din xadimləri dekabrın 2-də Bakıdakı Heydər Məscidini ziyarət ediblər.

QMİ-dən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dindarlar qarşısında xütbə edib.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Heydər Məscidində qılınan cümə namazında iştirak edib, dünyada və regionda sülhün, sabitliyin möhkəm olması, xalqların rifahı üçün dualar oxuyublar. Qonaqların səfəri başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR