Ekstremizmlə məşğul olan dini qurumların ləğvini nəzərdə tutan dəyişikliklər qüvvəyə minib

Ekstremizmlə məşğul olan dini qurumların ləğvini nəzərdə tutan dəyişikliklər qüvvəyə minib
# 12 dekabr 2016 12:33 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, “Dini etiqad azadlığı haqqında” qanunun 12-1-ci maddəsinə “dini ekstremist fəaliyyətlə məşğul olma” məzmunlu 3-1-ci bənd, habelə “Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir” məzmunlu hissə əlavə edilib.

Qeyd edək ki, dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR