APA TV “Azeri Business Award” Milli Mükafatına layiq görülüb

APA TV “Azeri Business Award” Milli Mükafatına layiq görülüb
# 15 dekabr 2016 13:31 (UTC +04:00)

"Business Time" aylıq biznes jurnalının təsis etdiyi ənənəvi "Azeri Business Award" Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, tədbir "Business Time" aylıq biznes jurnalı tərəfindən təşkil edilib. Tədbirə 250 qonaq qatılıb, onların arasında diplomatik missiyaların, işgüzar dairələrin və Azərbaycanın aparıcı KİV nümayəndələri də olub.

Mükafatın təqdimetmə mərasimindən öncə “JW Marriott Absheron Baku” otelinin foyesində “Azeri Business Award” mükafatına laureat olan şirkətlərin məhsul və xidmətlərindən ibarət sərgi-təqdimat mərasimi baş tutub.

“Azeri Business Award - 2016” Milli Mükafatlarının təqdimat mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçiləri, xarici qonaqları və KİV nümayəndələrini öz ətrafında toplayıb.

“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” mükafata Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez layiq görülüb.

“Azeri Business Award-2016” Milli Mükafatlarının nominantları

İlin beynəlxalq hüquqşünası (Azərbaycanda) - Fərhad Mirzəyev
İlin gənc dizayneri - Oksana Barxatova
Xaricdə Azərbaycan mədəniyyətinin və ənənələrinin təbliğinə verdiyi töhfəyə görə - Nərgiz Məmmədova
Yanacaq-energetika kompleksi. Tikinti - “BCC Group”
Sahənin lideri. Süd və süd məhsullarının istehsalı – “Milla”
İlin şirkəti. Mülki tikinti –“Melissa Group”
İlin şirkəti. İşçi geyimi və fərdi mühafizə vasitələrinin istehsalı – “Debet Uniform”
Keyfiyyət lideri – “Fab Boya”
İlin şirkəti. Təbii daşlar, qranit və mərmər emalı – “Develi” ASC
İlin şirkəti. Mebel istehsalı – “Aydınoğlu” Mebel
İlin mətbəəsi – “MaxOfset”
Etibarlılığının və keyfiyyətin nümunəsi – A-AGRO
İlin açılışı – “Gözəl Qadın Dünyası”
İlin kinoteatr şəbəkəsi – CinemaPlus LLC
İlin ticarət nişanı – “BELLO”
İlin onlayn televiziyası – APA TV
Etibarlı tərəfdaş – VKLYBE.TV

APA TV “Business Time” jurnalının təsis etdiyi «Azeri Business Award - 2016» mükafatı çərçivəsində “İlin online televiziyası” nominasiyasına layiq görülüb.

Qeyd edək ki, "Azeri Business Award" mükafatlandırma mərasimi Azərbaycanın biznes həyatında ən nüfuzlu hadisələrdən biridir.

“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 8 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.

“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir. “Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.

Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR