“Qara bağ” filmi Qırğızıstanda nümayiş olunub

“Qara bağ” filmi Qırğızıstanda nümayiş olunub
# 16 dekabr 2016 13:09 (UTC +04:00)

“Qara bağ” bədii filmi 6-cı “Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçirilib. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev iştirak edib.

Film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan Amil Məmiyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.

“Qara bağ” qısametrajlı bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxildir. Filmin quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR