Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var - FOTO
# 10 may 2024 21:19 (UTC +04:00)

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Təzəkənd kəndi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR