Ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramı hazırlanacaq

Ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramı hazırlanacaq
# 16 dekabr 2016 15:28 (UTC +04:00)

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramı layihəsi hazırlanacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.

Məqsəd ekoloji təmiz bitkiçilik və ya heyvandarlıq məhsulları istehsalını artırmaqdır. Qeyd olunur ki, ekoloji təmiz kənd təsərrüfatının inkişafına nail olmaq üçün qanunverici bazanın təkmilləşdirilməsi və beynəlxalq qanunvericiliklə uyğunlaşdırılması məsələlərinə baxılacaq. Xüsusilə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması mexanizmlərinin yaradılması istiqamətində işlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR