Londonda metropoliten işçiləri tətil keçirir

Londonda metropoliten işçiləri tətil keçirir
# 08 yanvar 2017 20:04 (UTC +04:00)

Londonda metropoliten işçiləri 24 saatlıq tətil elan ediblər.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb metropolitendə ixtisarların aparılması və biletlərin satış məntəqələrinin bağlanması olub.

24 saat ərzində Londonun əksər metro stansiyaların bağlı qalacağı bildirilir. Bununla əlaqədar, sərnişinləri daşımaq üçün marşrut xəttlərinə əlavə 150 avtobus buraxılacaq.

London meri Sadiq Xan metropoliten rəhbərliyini həmkarlar ittifaqı ilə danışıqları davam etdirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR