Cenevrədə Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur

Cenevrədə Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur
# 08 yanvar 2017 22:34 (UTC +04:00)

Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı bu gün Cenevrədə ərazi məsələlərinə dair danışıqları bərpa edəcəklər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iki gün davam edən danışıqlarda BMT-nin xüsusi elçisi Espen Bart Eydenin də iştirakı gözlənilir.

Yanvarın 12-də isə Yunanıstan, Türkiyə, Böyük Britaniya və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır. Avropa İttifaqının nümayəndə heyətinə Avropa Komissiyasının sədri Jan-Klod Yunker başçılıq edəcək.

Kiprin birləşməsinə dair danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevralında bərpa edilib. 2016-ci ilin noyabrında İsveçərədə keçirilən danışıqlar Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR