Rusiyada "Boyarışnik" içkisindən ölənlərin sayı 78-ə çatıb

Rusiyada "Boyarışnik" içkisindən ölənlərin sayı 78-ə çatıb
# 09 yanvar 2017 03:18 (UTC +04:00)

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 78 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

“Bayram günləri ərzində xəstəxanalarda metil spirtindən zəhərlənmədən 2 nəfər ölüb. Üç nəfərin müalicəsi davam etdirilir”, məlumatda bildirilir.

Dekabrın 30-da ümumilikdə konsentratdan 123 nəfər zəhərləndiyi, 76 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 20 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR