İstanbulda cənazə namazı zamanı tent çöküb, 3 nəfər ölüb

İstanbulda cənazə namazı zamanı tent çöküb, 3 nəfər ölüb
# 10 yanvar 2017 13:46 (UTC +04:00)

İstanbulun Bakırköy rayonunun Ataköy səmtində yerləşən məsciddə cənazə namazı zamanı bədbəxt hadisə baş verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, cənazə namazı davam edərkən məscidin həyətində yağışdan, günəşdən qorunmaq üçün qurulmuş tent örtük üzərindəki böyük qar kütləsinin ağırlığına dözməyərək çöküb. Nəticədə onlarla insan qarın altında qalıb və 3 nəfər ölüb. Yaralılar var.

Hadisə yerinə gələn mülki müdafiə qrupları qar altında insanların qalıb-qalmadığını müəyyən etmək üçün iş aparıb, yaralılar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR