Tovuzda partlayış olub, xəsarət alan var

Tovuzda partlayış olub, xəsarət alan var
# 11 yanvar 2017 14:29 (UTC +04:00)

Tovuz rayonunda partlayış baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Fərmail Abdulov yaşadığı evdə qaz balonunu yandıra zaman partlayış baş verib.

Hadisə zamanı F. Abdulov üzün və hər iki əlin termiki yanığı xəsarətləri alıb və Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR