FHN əməkdaşları arasında keçirilmiş şahmat çempionatı başa çatıb

FHN əməkdaşları arasında keçirilmiş şahmat çempionatı başa çatıb
# 27 yanvar 2017 10:18 (UTC +04:00)

Yanvarın 23-27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında keçirilmiş şahmat çempionatı başa çatıb.

APA-nın xəbərinə görə, çempionat FHN-nin İdman-sağlamlıq klubu və Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutub.

FHN-nin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev bildirib ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil olunan çempionatda 14 komandadan 60-a yaxın əməkdaş iştirak edib.

Onun sözlərinə görə, yarış həm şəxsi, həm də komanda hesabında İsveçrə sistemi üzrə keçirilib, komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

Komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidməti, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmət tutub. Komanda və şəxsi hesabda qalib gələnlər diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Daha sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Nazirlik sistemində 2015-ci ildə idmanın ayrı-ayrı növləri üzrə keçirilmiş yarışlarda əldə etdikləri nəticələrə və idmanın təbliğində göstərdikləri xidmətlərə görə bir qrup FHN əməkdaşına təşəkkürü çatdırılıb və Fəxri fərmanlar təqdim olunub.

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR