Norveç səfiri Tərcümə Mərkəzində olub

Norveç səfiri Tərcümə Mərkəzində olub
# 10 fevral 2017 14:27 (UTC +04:00)

Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendsen Tərcümə Mərkəzində olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı əsərləri Azərbaycan dilinə tərcümə edilən və mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb.

Görüşdə Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR