Neft bahalaşıb

Neft bahalaşıb
# 28 fevral 2017 06:11 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,26% artaraq 54,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,30% artaraq 56,10 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR