Suriya üzrə danışıqların beşinci raundu martın 20-də keçiriləcək

Suriya üzrə danışıqların beşinci raundu martın 20-də keçiriləcək
# 01 mart 2017 17:11 (UTC +04:00)

Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu martın 3-də başa çatacaq, beşinci raund isə martın 20-da keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər.

“BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura hazırkı raundu martın 3-də bitirməyi planlaşdırır. Növbəti görüşün keçirilməsi martın 20-ə planlaşdırılır. Dördüncü raundun son görüşləri martın 3-4-də başa çatacaq.”, məlumatda qeyd olunur.

Qeyd edək ki, Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı danışıqlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR