Martda Ukrayna zavodu üçün Azərbaycan neftinin tədarükünə başlanacaq

Martda Ukrayna zavodu üçün Azərbaycan neftinin tədarükünə başlanacaq
# 09 mart 2017 07:27 (UTC +04:00)

“Ukrtransneft” şirkəti mart ayının ikinci dekadasından “Ukrtatnafta” şirkətinin Kremençuq neft emalı zavoduna Azərbaycan neftinin tədarükünə başlamağa hazırdır.

APA-Economics”in “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktorunun müavini Andrey Pasişnik bildirib.

“Cəmi 17 min ton “Urals” neftinin tədarükü qalıb ki, bu da 3 günə həyata keçiriləcək. Biz martın 10-dan “Azeri Light”ı qəbul etməyə hazırıq”, deyə o bildirib.

A. Pasişnik qeyd edib ki, bu gün “Odessa-Kremençuq” neft kəməri ilə nəql olunacaq 210 ton “Urals” neftindən artıq 193 tonu yola salınıb.

Xatırladaq ki, “Ukrtransnafta” və “Ukrtatnafta” şirkətləri 2016-cı ilin noyabrın 3-də 2017-ci ildən başlayaraq Kremençuq neft emalı zavoduna illik 1,3 mln. ton həcmində “Azeri Light” markalı neftin tədarükü ilə bağlı müqavilə imzalayıblar. Sənəd təxminən 5 il müddətində Odessa-Kremençuq neft kəməri hissəsinin fəaliyyətinin bərpasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR