Stefan Şennak Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin münaqişələr üzrə alt komitəsinin sədri seçilib.
APA-nın məlumatına görə, bu barədə S. Şennak özünün “Twitter” səhifəsində yazıb.
Sözügedən komitə Dağlıq Qarabağ, Dnestryanı, Krım və Cənubi Osetiya münaqişələri ilə məşğul olacaq.
Xatırladaq ki, S. Şennak AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisidir.