Tərcümə Mərkəzi Yuri Trifonovun “Seçilmiş əsərləri”ni çap edib

Tərcümə Mərkəzi Yuri Trifonovun “Seçilmiş əsərləri”ni çap edib
# 10 mart 2017 12:19 (UTC +04:00)

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun "Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Mərkəzdən APA-ya verilən məlumata görə, kitaba yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “Vera və Zoyka”, “Toranlıqda oyun” kimi məşhur hekayələri daxil edilib.

Yazıçının müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti, “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları hələ 50-ci illərdə müəllifinə geniş oxucu sevgisi qazandırıb.

1951-ci ildə “Tələbələr” povestinə görə Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur. Əsərləri dilimizə Zahid Sarıtorpaq çevirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR