Neapolda qarşıdurma zamanı 30-dan çox insan xəsarət alıb

Neapolda qarşıdurma zamanı 30-dan çox insan xəsarət alıb
# 12 mart 2017 02:48 (UTC +04:00)

İtaliyanın “Şimal Liqası” müxalifət partiyasının lideri Matteo Salvininin Neapol şəhərinə səfər etməsinə etiraz edən aksiya iştirakçıları ilə polis arasında baş vermiş qarşıdurma nəticəsində 34 insan xəsarət alıb.

APA-nın TG24 telekanalının saytına istinadən, polis 6 etirazçı saxlayıb.

Dinc olacağı gözlənilən aksiyada minədək etirazçı qatılıb. Bir neçə saatdan sonra aksiyaya qatılan radikallar Salvininin çıxış edəcəyi polis komissarlığını daş-qalaq ediblər. Bundan sonra polislərlə qarşıdurma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR