Tunisdə naməlum silahlılar nəzarət-keçid məntəqəsinə hücum edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərb hissəsində qeydə alınıb.
Hücum nəticəsində 1 polis əməkdaşı ölüb, 3-ü xəsarət alıb. Məntəqə ətrafında silahlılarla polislər arasında baş verən atışmada 2 silahlı məhv edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir