Lavrov: “Nə SSRİ-ni yenidən qurmaq planımız, nə də imperiya ambisiyalarımız var”

Lavrov: “Nə SSRİ-ni yenidən qurmaq planımız, nə də imperiya ambisiyalarımız var”
# 15 mart 2017 11:51 (UTC +04:00)

“Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya keçmiş sovet respublikalarının müstəqillik seçiminə həmişə hörmətlə yanaşıb: “Biz onlarla əməkdaşlığı müxtəlif formatlarda maraqların qarşılıqlı nəzərə alınması və bərabərlik prinsipləri əsasında qururuq”.

Lavrov həmçinin bildirib ki, Rusiya postsovet məkanı ölkələrinə, xüsusilə Mərkəzi Asiya dövlətlərinə ciddi yardım göstərir: “On il ərzində Rusiya Mərkəzi Asiya dövlətlərinə 6,7 milyard dollar məbləğində yardım edib. İkitərəfli əsasda təmənnasız maliyyə yardımı 4 milyard dollardan çox olub. Yardımın həcmi BMT xətti ilə - 570 milyon, Dünya Bankı və digər strukturların xətti ilə isə 1,3 milyard dollar, Avrasiya İqtisadi Birliyinin xətti ilə 592,3 milyon dollar təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR