MDB ölkələri baş qərargah rəislərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib

MDB ölkələri baş qərargah rəislərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib
# 15 mart 2017 14:27 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında MDB ölkələri silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbir terrorçuluqla mübarizə məsələlərinə həsr edilib.

Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus və Özbəkistan silahlı qüvvələrinin baş qərargah rəislərinin qatıldığı tədbirdə Suriyada Rusiya hərbi qüvvələrinin döyüş hərəkətləri zamanı toplanan təcrübəyə əsaslanaraq beynəlxalq terrorçuluqla mübarizənin hərbi aspektlərinə aid bir sıra məsələlər müzakirə olunub. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, terrorçuluqla mübarizədə təcrübə mübadiləsi MDB ölkələri ordularının gücləndirilməsi istiqamətində növbəti addımdır: "Bu, həm milli, həm də birgə təhlükəsizliyi təmin edir".

Qeyd edək ki, beynəlxalq konfrans MDB ölkələri Müdafiə Nazirləri Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlərdən birincisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR