“Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb

“Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb
# 17 mart 2017 08:54 (UTC +04:00)

Martın 17-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə bu il avqustda ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili və keçirilməsi məsələləri əks olunub.


Protokolda müsabiqənin təşkil olunacağı yerə baxışın keçirilməsi, maddi-tədris bazasının hazırlanması, iştirakçıların, o cümlədən müxtəlif nümayəndələrin qarşılanması, yerləşdirilməsi, təminatı və yola salınması, həmçinin bir sıra digər məsələlər nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR