Hacıqabulda "Baron" ləqəbli narkotik alverçisi saxlanılıb

Hacıqabulda "Baron" ləqəbli narkotik alverçisi saxlanılıb
# 17 mart 2017 14:07 (UTC +04:00)

Hacıqabul rayon sakini, 1960-cı il təvəllüdlü Abasov İbrahim Eldar oğlu narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İ. Abbasovun üzərinə baxış keçirilərkən 2 ədəd kibrit qutusuna qablaşdırılan 3,61 və 4,02 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan başqa, İ. Avasovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1,040 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Daha əvvəl Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə məhkum olunmuş İ. Abbasov kriminal aləmdə “Baron” ləqəbi ilə tanınır.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR