İsrail hərbçiləri 16 yaşlı fələstinlini öldürüblər

İsrail hərbçiləri 16 yaşlı fələstinlini öldürüblər
# 17 mart 2017 21:57 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail hərbçiləri 16 yaşlı fələstinlini güllələyiblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “əl-Ərub” qaçqın düşərgəsi yaxınlığında baş verib.

Daha bir fələstinlinin ağır yaralandığı bildirilir. İlkin məlumata əsasən, hərbçilər Hevron şəhəri yaxınlığında yoldan keçən İsrail nömrəli avtomaşınlara “Molotov kokteyli” atan bir qrup fələstinliyə atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR