Kadırov məktəbli qızların hicab geyinməsinə icazə verən qanunu təsdiqləyib

Kadırov məktəbli qızların hicab geyinməsinə icazə verən qanunu təsdiqləyib
# 04 aprel 2017 23:45 (UTC +04:00)

Rusiya Federasiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Çeçenistan Respublikasında təhsil haqqında” qanuna parlamentin qəbul etdiyi dəyişiklikləri təsdiqləyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qanuna əsasən, şagirdlərin geyimi ilə bağlı tələbləri məktəblər özləri, federal qanunvericiliklə ziddiyyət yaratmadan, müəyyən edəcəklər.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Kremldə qeyd olunan məsələ ilə bağlı vahid mövqenin olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR